Bakı. Trend:
“Kapital Bank” bu ilin yekunlarına əsasən xalis mənfəətini 240–250 milyon manat həcmində proqnozlaşdırır.
Trend xəbər verir ki, bu barədə “Kapital Bank"ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Emin Məmmədov bankın cari ilin yekunlarına və növbəti ilin planlarına həsr olunmuş mətbuat konfransında bildirib.
"İlin sonuna aktivlərin həcminin 10 ayın nəticələrinə uyğun olaraq 10,1 milyard manat səviyyəsində qalacağı proqnozlaşdırılır. Kredit portfeli 5,4 milyard manat təşkil edib və ilin sonuna 5,5–5,6 milyard manata çatacağı gözlənilir.
10 ay ərzində xalis mənfəət 206 milyon manat olub. İlin yekunlarına əsasən bu rəqəmin 240–250 milyon manata qədər artacağı gözlənilir", – deyə E. Məmmədov qeyd edib.