Bakı. Trend:
Bəzi tibb müəssisələrinin elektron qeydiyyat sistemindəki texniki nasazlıq aradan qaldırılıb.
Trend xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
XXX
11:29
Bu gün səhər saatlarından ölkə üzrə internet təminatını həyata keçirən provayderlərin birində texniki nasazlıq yaranması səbəbindən bəzi tibb müəssisələrinin elektron qeydiyyat sisteminin fəaliyyətində fasilələr qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, problemin qısa müddətdə aradan qaldırılması istiqamətində internet provayderi tərəfindən işlər həyata keçirilir.