...

“Kapital Bank” BOKT “BirKart”ın 2026-cı ildən xalis mənfəətlə fəaliyyətə başlayacağını gözləyir

Maliyyə Materials 19 Dekabr 2024 12:29 (UTC +04:00)
“Kapital Bank” BOKT “BirKart”ın 2026-cı ildən xalis mənfəətlə fəaliyyətə başlayacağını gözləyir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

“Kapital Bank”ın törəmə şirkəti olan "Bir Kart" Bank Olmayan Kredit Təşkilatının (BOKT) 2026-ci ildə xalis mənfəət ilə fəaliyyət göstərməsi gözlənilir.

Trend xəbər verir ki, bu barədə “Kapital Bank"ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Emin Məmmədov bankın cari ilin yekunlarına və növbəti ilin planlarına həsr olunmuş mətbuat konfransında bildirib.

"“Kapital Bank” “BirKart” vasitəsilə “PASHA Pay” (m10 brendi) şirkətinə tam sahibdir. Bankın “BirKart”ın nizamnamə kapitalına yatırdığı investisiyalar əsasən “PASHA Pay”ın inkişafına yönəlib.

Bundan əlavə, bu investisiyaların bir hissəsi "Qırmızı ürəklər" Fondu [Red Hearts] tərəfindən həyata keçirilən layihələrə ayrılır. Bu yatırımlar uzunmüddətli investisiyalar kimi nəzərdə tutulub. Biz gözləyirik ki, 2026-cı ildən etibarən layihə [PASHA Pay] mənfəət gətirməyə başlayacaq.

Qeyd etmək istəyirəm ki, son illərdə BOKT “BirKart”ın xalis zərərləri gözlənilməz deyil, əvvəlcədən planlaşdırılmışdı", – deyə Emin Məmmədov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti