Bakı. Trend:
19 dekabr tarixində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə “Rektor kuboku” yarışı start götürüb.
Trend xəbər verir ki, yarış Azərbaycan Gimnastika Federasiyası və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Yarışda akademiyanın bakalavriat səviyyəsinin I tədris ilində təhsil alan tələbələr sərbəst hərəkətlər, turnik və halqalar proqramı üzrə öz qüvvələrini sınayacaqlar.