...

Araz çayı üzərindəki hidroqovşaqda qəza vəziyyətinin aradan qaldırılmasına ayrılan vəsait açıqlanıb

Tender müsabiqələri Materials 19 Dekabr 2024 13:13 (UTC +04:00)
Araz çayı üzərindəki hidroqovşaqda qəza vəziyyətinin aradan qaldırılmasına ayrılan vəsait açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağında qəza vəziyyətinin aradan qaldırılmasına ayrılacaq vəsaitin həcmi məlum olub.

Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.

Məlumata görə, artıq bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti hazırlıq işlərini yekunlaşdırıb.

Qurum sözügedən işlərin icrasını “Teymur-M” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və onunla dəyəri 11.843.596,64 AZN (11 milyon 843 min 596 manat 64 qəpik) olan müqavilə bağlayıb.

Qeyd edək ki, “Teymur-M” Məhdud Məsuliyyətli Cəmiyyəti 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Vəliyev Saday Rəhim oğludur.

Xatırladaq ki, bir müddət öncə Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağında qəza vəziyyəti yaranmışdı.

1958-ci ildən istifadəyə verilən Bəhrəmtəpə hidroqovşağı 6 rayonu (İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəbrayıl və Cəlilabad rayonları) suvarma suyu ilə təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti