...

“Birbank” vasitəsilə ictimai nəqliyyatda ödəniş edən istifadəçilərin sayı açıqlandı

Maliyyə Materials 19 Dekabr 2024 10:56 (UTC +04:00)
“Birbank” vasitəsilə ictimai nəqliyyatda ödəniş edən istifadəçilərin sayı açıqlandı
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

“Birbank” vasitəsilə ictimai nəqliyyatda ödəniş edən istifadəçilərin sayı 550 minə çatıb.

Trend xəbər verir ki, bu barədə “Kapital Bank”ın İdarə Heyətinin sədri, Baş icraçı direktor Fərid Hüseynov bankın cari ilin yekunlarına və növbəti ilin planlarına həsr olunmuş mətbuat konfransında deyib.

"Bildiyiniz kimi, bu ilin may ayında “BakıKart” ödənişləri “Birbank” tətbiqinə inteqrasiya edildi. O vaxtdan etibarən müştərilərimiz tərəfindən təxminən 4,5 milyon bilet yaradılıb.

Bu rəqəmlər göstərir ki, müştərilərimiz məhz bu cür həlləri bizdən gözləyir və yenilikləri sürətlə mənimsəyirlər", – deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti