Bakı. Trend:
Yaponiyanın baş naziri Şigeru İşiba ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla yanvarın 13-dən 19-dək Ağ Evin yeni rəhbərinin andiçmə mərasimindən əvvəl görüşə bilər.
Trend-in məlumatına görə, bu barədə "Yomiuri" qəzeti mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, Donald Tramp Yaponiya tərəfini yanvarın ortalarında görüşə hazır olduğunu bildirib.
ABŞ-nin yeni seçilmiş prezidentinin komandası görüşün yanvarın üçüncü həftəsində (13-19 yanvar) keçirilməsinin onlar üçün əlverişli olacağını bildirib.