Bakı. Trend:
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, dekabrın 18-də polis əməkdaşları paytaxt və
respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 6
qumbara, 4 alışdırıcı, 7 tüfəng, 4 patron darağı və 861 ədəd
müxtəlif çaplı patron aşkar edərək götürüblər.