...

Azərbaycan XİN Aregentinaya başsağlığı verib

Siyasət Materials 10 Mart 2025 23:44 (UTC +04:00)
Azərbaycan XİN Aregentinaya başsağlığı verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Argentina tərəfinə dağıdıcı daşqınlar nəticəsində insanların ölümü ilə əlaqədar başsağlığı verib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin “X” sosial şəbəkəsindəki paylaşımda deyilir.

“Argentinada çoxlu insan tələfatına, bir neçə nəfərin itkin düşməsinə və infrastruktura ciddi ziyan vurulmasına səbəb olan dağıdıcı daşqınlardan təsirlənmiş hər kəsə ən dərin başsağlığımızı bildiririk.

Bu fəlakətdən ən çox zərər çəkmiş icmaların tez və effektiv bərpasını və normal həyatın qısa müddətdə bərpa olunmasına ümid edirik”, - deyə paylaşımda bildirilir.

Baya Blanka liman şəhəri və onun ətraf ərazilərində daşqınlar cümə günü güclü yağış səbəbindən baş verib və bu təbii fəlakət 10-dan çox insanın ölümünə səbəb olub. Bir gün ərzində təsirlənmiş əraziyə təxminən 300 mm yağıntı düşüb ki, bu da şəhər üçün tarixi maksimumdur.

Xəbər lenti

Xəbər lenti