...

Türkiyədən Qazaxıstana hazır geyim ixracı artıb

Dünya xəbərləri Materials 10 Mart 2025 20:02 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə 2025-cü ilin fevral ayında Qazaxıstana hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 75,5 faiz artaraq 84 milyon 666 min 67 dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – fevral aylarında Türkiyədən Qazaxıstana hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 68,5 faiz artaraq, 47 milyon 517 min 52 dollara bərabər olub.

Qeyd edək ki,2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına hazır geyim ixracı 2024-cü ilin eyni ayı ilə müqayisədə 5 faiz azalaraq, 2 milyon 770 min 450 dollara bərabər olub.

“Bu ilin fevral ayında Türkiyə 1 milyon 358 min 571 dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 9,3 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyə 17 milyon dollar məbləğində hazır geyim ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti