...

"EasyJet" təyyarəsi məcburi eniş edib

Dünya xəbərləri Materials 10 Mart 2025 13:47 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“EasyJet” hava yolları şirkətinə məxsus təyyarə göyərtədə iki ailə arasında düşən davaya görə Portuqaliyaya məcburi eniş etməli olub.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, insident Lanzarote-London marşrutu ilə uçan təyyarədə baş verib. İddiaya görə, 5 yaşlı uşaq öz planşetində “The Karate Kid” adlı döyüş filminə baxarkən, yaşlı bir qadın səsin uca olmasından şikayətlənərək, özündən çıxıb və ailəyə qarşı irqi zəminli aşağılayıcı ifadələr işlədib.

Məsələyə ailə üzvləri müdaxilə etdikdən sonra gərginlik daha da artıb və aralarında fiziki qarşıdurma yaranıb.

Pilot təyyarəni Portuqaliyanın Portu şəhər aeroportuna təcili endirmək məcburiyyətində qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti