...

Rafinya 2025-ci il üçün 'Qızıl top' namizədidir - Hansi Flik

İdman Materials 11 Mart 2025 05:59 (UTC +04:00)
Rafinya 2025-ci il üçün 'Qızıl top' namizədidir - Hansi Flik
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Barselona"nın baş məşqçisi Hansi Flik komandasının cinah oyunçusu **Rafinyanın 2025-ci il üçün "Qızıl top"**a namizəd olduğuna əmin olduğunu bildirib.

Trend xəbər verir ki, bu barədə “As” nəşri yazır.

"Əlbəttə, namizəddir. O, çox yaxşı oynayır, sürəti və qolları ilə bizə həmişə kömək edir. Bu xüsusilə son bir neçə matçda nəzərə çarpırdı. O, yaxşı oyunçuya xas olan bütün keyfiyyətlərə malikdir. Hücumda olanda onun nə qədər yaxşı olduğunu görə bilərsiniz. O, çox diqqətlidir. Onun bizim komandada olduğuna görə çox xoşbəxtəm", - deyə Flik bildirib.

2024/25 mövsümündə 28 yaşlı Rafinya, "Barselona"nın heyətində bütün yarışlarda 40 oyun keçirib, 25 qol vurub və 18 məhsuldar ötürmə edib.

Xəbər lenti

Xəbər lenti