...

Cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 10 Mart 2025 16:55 (UTC +04:00)
Cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 6 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

Trend xəbər verir ki, bu barədə Penitensiar Xidmət məlumat yayıb.

Bildirilib ki, məhkum Mövsüm Vaqif oğlu Mövsümova tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman konfetlərin içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 8,101 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

"Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır",- məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti