Bakı. Trend:
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması və ya könüllü təhvil verilməsi istiqamətində əməliyyat-profilaktik tədbirlər davam etdirilir.
Trend xəbər verir ki, son 10 gün ərzində keçirilən tədbirlərlə rayon sakinlərindən qanunsuz saxladıqları müxtəlif markalı 32 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.
Faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.