Bakı. Trend:
Bu ilin fevralın 1-nə Azərbaycanda inşaat və tikinti sektoruna kredit qoyuluşlarının həcmi 1,2 milyard manat təşkil edib.
Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata əsasən, bu, bir ay əvvələ nisbətən 6,1 milyon manat və ya 0,5% , 2024-cü ilin yanvar ayı ilə müqayisədə isə 40,3 milyon manat və ya 3,5% çoxdur.
Qeyd edək ki, ümumilikdə, Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 29,3 milyard manat təşkil edib.
Bu da aylıq müqayisədə 37,1 milyon manat və ya 0,1%, 2024-cü ilin yanvar ayındakı göstərici ilə müqayisədə isə 5 milyard manat və ya 20,4% artım deməkdir.