Bakı. Trend:
Almaniyada 13 hava limanının işçilərinin bir günlük tətili ölkənin hava nəqliyyatının işini iflic edib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, on minlərlə sərnişin və turist aeroportlarda əlacsız vəziyyətdə qalıblar. Frankfurt və Münhen daxil olmaqla, ən iri aeroportlarda bazar ertəsinə olan hava reyslərinin əksəriyyəti təxirə salınıb.
Təkcə Frankfurt aeroportunda bazar ertəsinə nəzərdə tutulan (qəbul edilən reyslər daxil olmaqla) 1116 hava reysindən 1054-ü təxirə salınıb.
Paytaxt Berlin aeroportunda da müntəzəm hava reyslərinin təxirə salındığı bildirilir.