Bakı. Trend:
2020 – 2024-cü illərdə Avropaya silah ixracı 155 faiz artıb, Ukrayna isə onun ən iri alıcılarından olub.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Stokholm Dünya Problemlərinin Beynəlxalq Tədqiqatı İnstitutu məlumat yayıb.
Məlumata görə, ABŞ-dən olan silah şirkətləri qlobal silah ixracındakı paylarını 43 faizə qədər artırıblar. Buna qədər, 2015-2019-cu illərdə, bu göstərici 35 faiz civarında idi.
Avropa isə qlobal silah idxalının 28 faizinə cavabdeh olub, hərçənd 2015-2019-cu illərdə bu göstərici cəmi 11 faiz təşkil edirdi. Ukraynaya gəlincə, 2020-2024 cü illərdə onun qlobal silah idxalındakı payı 8.8 faiz civarında olub.
Rusiyanın isə qlobal silah ixracındakı payı 7,8 faizə qədər azalıb, hərçənd öncəki 4 il ərzində bu 21 faiz civarında idi. Bu tənəzzül Rusiyaya qarşı beynəlxalq sanksiyalar və daxili tələbatın artması ilə əlaqələndirilir.