...

Xızı rayonunda qurulacaq külək turbininin hissələrinin daşınması prosesi həyata keçirilir (VİDEO)

İqtisadiyyat Materials 10 Mart 2025 16:00 (UTC +04:00)
Xızı rayonunda qurulacaq külək turbininin hissələrinin daşınması prosesi həyata keçirilir (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) verdiyi icazə ilə həyata keçirilən, Xızı rayonunda qurulacaq külək turbininin hissələrinin daşınması prosesi həyata keçirilir.

Bu barədə Trend-ə AYNA-dan bildirilib.

Yükün uzunluğu 36 metr, eni 4.76 metr, hündürlüyü 6 metrdir. Maşınla birlikdə çəkisi isə 170 ton təşkil edir.

Ümumi istifadədə olan avtomobil yollarının və yol infrastrukturunun qorunması məqsədilə AYNA iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsini təmin edir.

Qabaritləri aşan və çəkisi ağır olan yüklərin daşınması zamanı avtomobil yollarına zərər vurulmaması məqsədilə xüsusi nəqliyyat vasitələrindən istifadə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti