...

Çempionlar Liqasında ilk 1/4 finalçılar müəyyənləşəcək

İdman Materials 11 Mart 2025 08:00 (UTC +04:00)
Çempionlar Liqasında ilk 1/4 finalçılar müəyyənləşəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Çempionlar Liqasında 1/8 finalın cavab oyunlarına start veriləcək.

Trend xəbər verir ki, ilk gündə 4 matç keçiriləcək.

Gecənin ilk qarşılaşmasında "Barselona" "Benfika"nı qəbul edəcək. Bu komandalar arasında ilk görüş İspaniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. PSJ "Liverpul"un qonağı olacaq. Paris təmsilçisi 1-ci görüşdə rəqibinə 1:0 hesabı ilə məğlub olub.

Almaniyada "Bayer" "Bavariya" üzərində geri dönüş etməyə çalışacaq. Komandalar arasında ilk görüş 3-0 hesabı ilə Münhen təmsilçisinin xeyrinə başa çatıb. "İnter" isə doğma meydanda "Feyenord"usınağa çəkəcək. İlk qarşılaşmada İtaliya təmsilçisi inamlı qələbə qazanmışdı.

Qeyd edək ki, 1/8 finalın digər cavab oyunları 12, 13 mart tarixlərində keçiriləcək.

21:45 - "Barselona" - "Benfika" (1-0)
00:00 - "Liverpul" - "PSJ" (1-0)
00:00 - "Bayer" - "Bavariya" (0-3)
00:00 - "İnter - "Feyenord" (2-0)

Xəbər lenti

Xəbər lenti