Bakı. Trend:
"Liverpul"un hollandiyalı futbolçusu Kodi Qakpo komanda ilə birgə məşqlərə başlayıb.
Trend xəbər verir ki, bir müddətdir səhhətindəki problemlərdən əziyyət çəkən 25 yaşlı futbolçu, "Liverpul"un Çempionlar Liqasının 1/8 finalının cavab qarşılaşmasında PSJ ilə oynanılacaq matçda meydanda ola bilər.
Qeyd edək ki, "Liverpul" ilə PSJ arasında matç bu gün saat 00:00-da baş tutacaq.