Bakı. Trend:
Belarus prezidenti Aleksandr Lukaşenko Aleksandr Turçini Belarusun baş naziri vəzifəsinə təyin edib.
Trend xəbər verir ki, bu barədəölkənin yerli KİV-ləri məlumat yayıb.
Belarus Konstitusiyasına əsasən, baş nazir Nümayəndələr palatasının ilkin razılığı əsasında ölkənin prezidenti tərəfindən təyin olunur.
Buna qədər Aleksandr Turçin Minsk vilayətinin icra hakimi vəzifəsini tutub.