...

Zelenski Səudiyyə Ərəbistanına yollanıb

Dünya xəbərləri Materials 10 Mart 2025 19:39 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski vəliəhd şahzadə Məhəmməd ibn Salman əl-Saudla danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına yollanıb.

Trend xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak öz Telegram-kanalında yazıb.

O, prezident təyyarəsinin Polşadan birbaşa Səudiyyə Ərəbistanına yola düşdüyünü bildirib.

Qeyd edilir ki, Ukrayna lideri vəliəhd şahzadə ilə görüşdükdən sonra, ukraynalı bəzi hökumət nümayəndələri ABŞ-la danışıqlar aparmaq məqsədilə krallıqda qalacaqlar.

Ukraynanın nümayəndə heyətinə Ukrayna prezident administrasiyasının rəhbəri Andrey Yermak, Xarici işlər naziri Andrey Sibiqa, Müdafiə naziri Rüstəm Umerov və Ukrayna Silahlı Qüvvələrinin 93-cü briqada komandiri Pavel Palisin daxil olacağı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti