...

Azərbaycan qara metal idxalını 35%-dən çox artırıb

İqtisadiyyat Materials 10 Mart 2025 14:13 (UTC +04:00)
Azərbaycan qara metal idxalını 35%-dən çox artırıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycana 104,5 min ton qara metal və ondan hazırlanan məmulatlar idxal edilib.

Trend-in Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda metalın idxalına çəkilən xərcin həcmi 100,4 milyon ABŞ dolları təşkil edib.

Qara metal və ondan hazırlanan məmulatların idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 27,6 min ton və ya 35,8%, dəyər ifadəsi ilə 10,9 milyon ABŞ dolları, yaxud da 12,2% artıb.

Belə ki, 2024-cü ilin müvafiq dövründə Azərbaycana idxal edilən qara metal və ondan hazırlanan məmulatların miqdarı 76,9 min ton, dəyəri isə 89,5 milyon ABŞ dolları olub.

Qeyd edək ki, ötən ay idxal olunan qara metal və ondan hazırlanan məmulatların ümumi idxalda xüsusi çəkisi 4,89% təşkil edib.

Xatırladaq ki, ötən il Azərbaycana 1,2 milyard ABŞ dolları dəyərində 1,04 milyon ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edilib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsi ilə 77,2 min ABŞ dolları və ya 7%, miqdar ifadəsi ilə 148,6 min ton 16,5% çoxdur. Ötən il qara metallar və onlardan hazırlanan məmulatların idxalı Azərbaycanın ümumi idxalının 5,59%-ni təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti