Bakı. Trend:
Goal nəşri 2025-ci ilin "Qızıl Top" mükafatına əsas namizədlərin siyahısını təqdim edib.
Trend xəbər verir ki, siyahının ilk pilləsində "Liverpul"un hücumçusu Mohamed Salah qərarlaşıb. Bu mövsüm uğurlu çıxışı ilə diqqət çəkən misirli hücumçu komandası ilə İngiltərə Premyer Liqasında növbəti çempion titulunu qazanmağa yaxındır.
Siyahının növbəti pillələrini isə Kilian Mbappe və Rafinya tutublar.
"Qızıl topu" qazanmağa 10 namizəd:
1. Mohamed Salah "Liverpul, İngiltərə)
2. Kilian Mbappe ("Real", İspaniya)
3. Rafinya Dias ("Barselona", İspaniya)
4. Lamin Yamal ("Barselona", İspaniya)
5. Harri Keyn ("Bavariya", Almaniya)
6. Robert Levandovski ("Barselona", İspaniya)
7. Vinisius Junior ("Real", İspaniya)
8. Cud Bellingem ("Real", İspaniya)
9. Camal Musiala ("Bavariya", Almaniya)
10. Pedri ("Barselona", İspaniya)