...

Sənaye və istehsal sektoruna kredit qoyuluşlarının həcmi 62%-ə yaxın artıb

İqtisadiyyat Materials 10 Mart 2025 15:27 (UTC +04:00)
Sənaye və istehsal sektoruna kredit qoyuluşlarının həcmi 62%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin fevralın 1-nə Azərbaycanda sənaye və istehsal sektoruna kredit qoyuluşlarının həcmi 2,3 milyard manat təşkil edib.

Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata əsasən, bu, bir ay əvvələ nisbətən 1,9 milyon manat və ya 0,1% , 2024-cü ilin yanvar ayı ilə müqayisədə isə 870,7 milyon manat və ya 61,8% çoxdur.

Hesabat ayı ərzində sənaye və istehsal sektoruna qoyulmuş kreditlərin 1,5 milyard manatı banklar, 742,9 milyon manatı isə qeyri-banklar tərəfindən yatırılıb.

Qeyd edək ki, ümumilikdə, Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 29,3 milyard manat təşkil edib.

Bu da aylıq müqayisədə 37,1 milyon manat və ya 0,1%, 2024-cü ilin yanvar ayındakı göstərici ilə müqayisədə isə 5 milyard manat və ya 20,4% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti