Türkiyənin vitse-prezidenti Ermənistana gedəcək

Dünya xəbərləri Materials 2 May 2026 14:16 (UTC +04:00)
Türkiyənin vitse-prezidenti Ermənistana gedəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz Avropa Siyasi Birliyinin 8-ci Zirvə Toplantısında iştirak etmək üçün Ermənistana gedəcək.

Trend bu barədə Türkiyə mediasına istinadla xəbər verir.

Cevdet Yılmaz Yerəvanda mayın 4-də "Gələcəyi İnşa Etmək: Avropada Birlik və Sabitlik" mövzusunda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci Zirvə Toplantısında Türkiyəni təmsil edəcək.

Demokratik dəyişikliklərin, iqtisadiyyat və enerji əalqələrinin gücləndirilməsi məqsədilə daha yaxın əməkdaşlıq və koordinasiyanın davam etdirilməsinə dair addımların qiymətləndiriləcəyi iclasda son regional hadisələr və qlobal problemlər müzakirə olunacaq.

Avropa İttifaqına üzv olan 27 ölkə ilə yanaşı, digər Avropa ölkələri və Kanadanın dövlət və hökumət başçılarının da qatılacağı zirvənin növbəti iclasının noyabr ayında İrlandiyada keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti