...

Sürətli pul köçürmələrin həcmi azalıb

İqtisadiyyat Materials 10 Mart 2025 16:50 (UTC +04:00)
Sürətli pul köçürmələrin həcmi azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin fevralın 1-nə Azərbaycanda sürətli pul köçürmə sistemləri ilə kommersiya banklarına daxilolmaların sayı 211,9 min ədəd, məbləği isə 96,4 milyon manat təşkil edib.

Trend-in Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, bu, bir ay əvvələ nisbətən say ifadəsində 71,7 min ədəd (25,3%), 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 94,1 min ədəd (30,7%) azdır.

Bu göstərici məbləğ baxımından isə bir ay əvvələ nisbətən 16,9 milyon manat (14,9%), 2024-cü ilin eyni ayı ilə müqayisədə isə 70,1 milyon manat (42,1%) azdır.

Dövr ərzində sürətli pul köçürmə sistemləri ilə banka daxilolmalar üzrə bir ödənişin məbləği 454,8 manat olub ki, bu da aylıq ifadədə 55,3 manat (13,8%) çox, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 89,4 manat (16,4%) azdır.

Eyni zamanda cari ilin fevralın 1-nə bankdan kənara köçürmələrin sayı 83,2 min ədəd, məbləği 36,3 milyon manat təşkil edib.

Məlumata əsasən, bu göstərici say ifadəsində bir ay əvvələ nisbətən 46,1 min ədəd (35,6%), bir il əvvəlki göstərici ilə müqayisədə isə 11,2 min ədəd (11,9%) azdır.

Məbləğ ifadəsinə isə müqayisə etsək, sözügedən göstərici aylıq müqayisədə 9,3 milyon manat (20,4%), illik ifadədə isə 5,1 milyon manat (12,3%) azdır.

Qeyd olunan dövrdə bankdan kənara köçürmələr üzrə bir ödənişin məbləği 436 manata bərabər olub ki, bu da aylıq müqayisədə 83,6 manat (23,7%) çox, illik ifadədə isə 2,2 manat (0,5%) azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti