...

Ağdamda yanğın - 400 cücə tələf oldu (FOTO)

Hadisə Materials 10 Mart 2025 16:33 (UTC +04:00)
Ağdamda yanğın - 400 cücə tələf oldu (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdamda baş verən yanğın zamanı 400 cücə tələf oldu.

Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, yanğın hadisəsi rayonun Zəngişalı kəndində baş verib.

Belə ki, kənd sakini Ələsgərova Aidəyə məxsus həyətdə baş verən yanğın zamanı tikilidə saxladığı 400 cücə və tikilidə olan 300 kq yem tikili ilə birlikdə yanıb. A.Ələsgərovanın sözlərinə görə, ona ümumilikdə 4000 manata qədər ziyan dəyib.

Yanğının baş vermə səbəbi tikilidə istilik məqsədi ilə istifadə edilən sobadan baş verməsi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti