...

Azərbaycan güləşçisi Avropa çempionatının qızıl medalını qazandı (FOTO)

İdman Materials 10 Mart 2025 22:35 (UTC +04:00)
Azərbaycan güləşçisi Avropa çempionatının qızıl medalını qazandı (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan sərbəst güləşçisi Arseniy Djioyev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Trend xəbər verir ki, 86 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda fransalı Raxim Maqamadova 9:2 hesabı ilə qalib gələrək çempion olub.

Digər güləşçilərimizdən Ceyhun Allahverdiyev finalda ermənistanlı Levik Mikayelyana 1:2 hesabıyla məğlub oldu və U23 Avropa çempionatında gümüş medal qazandı.

Ağanəzər Novruzov finalda rusiyalı İsmayıl Xaniyevə (UWW) 4:5 hesabıyla məğlub oldu və U23 Avropa çempionatında gümüş medal qazandı.

Xəbər lenti

Xəbər lenti