Bakı. Trend:
Ötən il bank müştərilərinin cari hesablarından kağız daşıyıcılar və rəqəmsal bankçılıq vasitəsilə aparılan köçürmələrin sayı 694.7 milyon ədəd, həcmi isə 456.8 milyard manat təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, aparılan köçürmələrin say üzrə 93.5%-i, həcm üzrə isə 77.4%-i məhz rəqəmsal bankçılıq vasitəsilə reallaşdırılıb.
Öətn il internet bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi əvvəlki illə müqayisədə 21% artaraq 274.7 milyard manat, mobil bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi isə 38% artaraq 63.9milyard manat olub.
Qeyd edək ki, Azərbaycanda ənənəvi bankçılıq xidmətlərinin rəqəmsal müstəviyə transformasiyası yüksək artım tempi ilə davam edir. Cari ilin bir yanvar tarixinə ölkədə fəaliyyət göstərən bütün banklar, o cümlədən “Azərpoçt” MMC tərəfindən internet bankçılıq xidməti, 20 bank və “Azərpoçt” MMC tərəfindən isə mobil bankçılıq xidməti təqdim olunur.