Bakı. Trend
İngiltərənin şimal-cənub sahilləri yaxınlığında tankerlə yük gəmisi toqquşub.
Trend xəbər verir ki, bu barədə Britaniyanın Dəniz Təhlükəsizliyi və Sahil Mühafizə Xidməti məlumat yayıb.
Məlumata görə, insidentlə əlaqədar aviasiya və yanğınsöndürən gəmilərinin iştirakı ilə xilasetmə əməliyyatı elan olunub. Hadisənin sahildən 18,5 kilometr aralıda baş verdiyi bildirilir.
Toqquşmadan sonra hər iki gəmi yanmağa başlayıb. Hər iki gəminin heyət üzvləri göyərtəni tərk edə biliblər.