...

Bu ölkə Ukraynaya iri məbləğdə humanitar yardım göndərib

Dünya xəbərləri Materials 10 Mart 2025 21:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Finlandiya hökuməti Ukraynaya ümumilikdə 16 milyon avro həcmində humanitar yardım yollayıb.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri XİN-ə istinadən məlumat yayıb.

Məlumata görə, yardım Kiyevə BMT-nin humanitar strukturları və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə təhvil veriləcək.

Qeyd edilir ki, bundan əvvəl, yanvarın 31-də Finlandiya Müdafiə Nazirliyi Ukraynaya ümumi dəyəri 198 milyon avro olan 27-ci hərbi yardım paketinin ayrıldığını elan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti