...

Ötən il kartof sahələrinə dəyən zərərə görə fermerlərə 11,2 milyon manat sığorta ödənişi edilib

İqtisadiyyat Materials 10 Mart 2025 14:13 (UTC +04:00)
Ötən il kartof sahələrinə dəyən zərərə görə fermerlərə 11,2 milyon manat sığorta ödənişi edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il baş vermiş hadisələr nəticəsində kartof sahələrinə dəyən zərərə görə fermerlərə 11 178,64 manat ödəniş edilib.

Bu barədə Trend-ə Aqrar Sığorta Fondundan məlumat verilib.

Bildirilib ki, ümumilikdə, təkcə keçən il ərzində aqrar sektora dəymiş zərər üzrə sığortalı təsərrüfatlara edilən sığorta ödənişi 6.4 milyon manat təşkil edib.

"Bütün məhsullar üzrə sığorta ödənişləri fermerlərə 50% güşəztlə təklif olunur. Aqrar Sığorta Fondu fermerlərin qazanc itkisinin qarşısının alınması, təsərrüfatlara dəyən zərərin istehsalda davamlılığa təsirini azaltmaq məqsədilə 41 növ bitkini, o cümlədən kartof əkinlərini çoxsaylı risklərdən sığortalayır", - məlumatda vurğulanıb.

Qeyd edək ki, 2024-cü ildə ölkədə kartof əkinlərinin ümumi sahəsi 46 748,6 hektar təşkil edib. Ən çox kartof əkini Qazax-Tovuz (22028,3 ha), Lənkəran-Astara (7457 ha), Şəki-Zaqatala (3961 ha), Quba-Xaçmaz (3932 ha) iqtisadi rayonlarının ərazisində yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti