Bakı. Trend:
Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmmədovun (Vaqifoğlu) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Tofiq Yaqublu 9 il, Elnur Məmmədov isə 8 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2-ci
(Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci
(Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları,
blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta
sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən
azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi
ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi
satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət
təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və
320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə
saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilir.
İstiantaqın gedişatında Elnur Məmmədov (Vaqifoğlu) təqsirləndirilən
şəxs qismində cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 178 (dələduzluq)və 320 (saxta sənəd
hazırlama və ondan istifadə) maddələri ilə ittiham verilib. Onun
barəsində həbs qətimkan tədbiri seçilib.