...

AFFA Lənkəranda turnir keçirəcək

İdman Materials 10 Mart 2025 20:20 (UTC +04:00)
AFFA Lənkəranda turnir keçirəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

AFFA-nın təşkilatçılığı ilə martın 16-da Lənkəranda 12 yaşadək qızlar arasında “Bahar turniri” keçiriləcək.

Trend xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə Lənkəranın 8 komandası mübarizə aparacaq. Komandalar arasında qrup və final oyunları eyni gündə keçiriləcək. İştirakçı komandalar AFFA tərəfindən idman geyimi, top və gödəkçələrlə təmin olunacaq. Tədbirin sonunda qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.

Qeyd edək ki, UEFA-nın dəstəyi ilə təşkil ediləcək “Bahar turniri” yarışının davamlı olaraq keçirilməsi planlaşdırılır. Layihənin əsas məqsədi orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə AFFA U-13 Qızlar Liqasına və milli komandalara futbolçuların hazırlanmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti