...

Şenol Güneş "Trabzonspor"dan ayrıldı

İdman Materials 11 Mart 2025 00:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin "Trabzonspor" klubu təcrübəli məşqçi Şenol Güneşlə yollarını ayırıb.

Trend xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, 72 yaşlı məşqçi ilə klub rəsmiləri arasında aparılan müzakirə dörd saata yaxın davam edib.

Rəhbərlik tərəfindən Ş. Güneşə klubun idman direktoru vəzifəsini təklif edilsə də, təcrübəli məşqçinin bu təklifi geri qaytardığı bildirilib.

Əlavə olaraq qeyd edək ki, Şenol Güneş "Trabzonspor"a 2024-cü ilin sentyabrında baş məşqçi təyin edilmişdi.

Xəbər lenti

Xəbər lenti