Bakı. Trend:
ABŞ rəsmi Vaşinqtonun maraqlarına cavab verməyən USAID proqramlarının 83 faizini bağlayır.
Trend xəbər verir ki, bu haqda ABŞ dövlət katibi Marko Rubio bəyanat verib.
Onun sözlərinə görə, hal-hazırda ləğv olunmaqda olan 5200 müqavilə çərçivəsində federal büdcədən onlarla milyard dollar vəsait ayrılıb, lakin onlar ölkənin əsas milli maraqlarına cavab verməyiblər, bəzən isə hətta onların ziyanına olublar.
“Konqreslə məşvərətdən sonra biz Dövlət departamentinin rəhbərliyi altında yerdə qalan 18% proqramı (təxminən 1000) daha səmərəli şəkildə idarə etmək niyyətindəyik”,- deyə o əlavə edib.
Xatırladaq ki, fevral ayının sonunda prezident Donald Trampın administrasiyası USAID xətti ilə çatdırılan beynəlxalq yardımın 90%-dən çoxunun dayandırıldığını elan etmişdi. Ümumilikdə 5800 qrantın ləğv olunduğu, 500-dən çox qrantın dondurulduğu söylənilirdi.