Bakı. Trend:
“MEDAY” MMC-nin Türkiyədən idxal etdiyi “Vitamin Qrup İlaç Makine Kozmetik Bitkisel Ve Tarım Ürünleri Gıda Turizm Ltd Şti.” müəssisəsinin istehsalı olan 3840 qutu “Herbalfarma Medexsper, Kapsul N30” əmtəə nişanlı bioloji aktiv qida məhsulu (25.04.2024-25.04.2027-ci il istehsal tarixli, 240425 partiya nömrəli) partiyasından AQTA əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, sınaq nəticəsinə əsasən, məhsulun tərkibində Vitamin E və Sink Qlükonatın miqdarının normativlərə uyğun olmadığı müəyyən edilib.
"Faktla bağlı qanunvericiliyə uyğun qərar qəbul edilərək məhsul partiyası məhv edilib",- məlumatda qeyd edilib.