...

Polşa Prezidenti seçkilərin nəticələrinin təsdiq edən layihəyə veto qoyub

Dünya xəbərləri Materials 11 Mart 2025 00:31 (UTC +04:00)
Polşa Prezidenti seçkilərin nəticələrinin təsdiq edən layihəyə veto qoyub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşa Prezidenti Anjey Duda seçkilərin nəticələrinin Ali Məhkəmə tərəfindən təsdiq edilməsinin yeni proseduru haqqında qanun layihəsini imzalamayıb.

Trend xəbər verir ki, bu barədə Polşa Prezidenti ofisinin rəhbəri Malqojata Paprotskaya jurnalistlərə bildirib.

Paprotskaya, Prezidentin qanun layihəsinə veto qoyma qərarını verdiyini açıqlayaraq, qərarın əsas səbəbinin hakim təyinatlarının toxunulmazlığı məsələsi olduğunu söyləyib. Yeni qanun təyin edilmiş hakimlərin səlahiyyətlərini ləğv edəcəkdi.

Xatırladaq ki, seçkilərin nəticələrini təsdiqləyən Ali Məhkəmə hakimlərinin tərkibinin dəyişdirilməsi təşəbbüsü yanvarın sonunda parlament tərəfindən təsdiqlənib. Qanun layihəsində belə hakimlərin Ali Məhkəmənin ən təcrübəli 15 hakimi arasından seçilməsi təklif olunurdu. “Ali Məhkəmə haqqında” qüvvədə olan qanuna görə, seçkilərin nəticələrinin təsdiqi Fövqəladə Hallar və Dövlət İşləri Palatasının səlahiyyətindədir. Hakim koalisiya bu qurumun legitimliyinə şübhə ilə yanaşır.

Xəbər lenti

Xəbər lenti