Bakı. Trend:
Azərbaycan qadın güləşçisi Günay Qurbanova Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
Trend xəbər verir ki, 59 kq çəki dərəcəsində çıxış edən idmançımız əvvəlcə belaruslu Marta Hetmanava üzərində 7:2 hesablı inamlı qələbə qazanıb.
17 yaşlı güləşçi yarımfinalda ukraynalı Yuliya Paxniuku tam üstünlüklə (11:1) məğlub edib. Qurbanova sabah finalda (U20) Avropa və dünya çempionu olmuş italiyalı Aurora Russo ilə qarşılaşacaq.
Digər güləşçilərimizdən Əsmər Cankurtaran (50 kq) isveçrəli Svenja Junqoya 3:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında belaruslu Anastasiya Yanotavaya "tuş"la məğlub olub. Əsmər sabah bürünc medal uğrunda türkiyəli Songül Kavakla güləşəcək.
Nərgiz Səmədova (55 kq) isə 1/4 finalda almaniyalı Amori Andrixə "tuş"la uduzub.