Ağdərə. Trend:
Ağdərədə yük avtomobili dərəyə aşıb.
Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə rayonun Umudlu kəndi ərazisində baş verib.
Belə ki, daşla yüklü olan "KamAZ"markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı dərəyə yuvarlanıb.
Qəza nəticəsində yük avtomobilinin sürücüsü özünü avtomobildən atdığına görə xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.