...

İran İsveçə nota verib

Dünya xəbərləri Materials 10 Mart 2025 14:54 (UTC +04:00)
İran İsveçə nota verib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Martın 9-da İsveçin Tehrandakı səfiri Matias Otterstedt (Mathias Otterstedt) İran Xarici İşlər Nazirliyinə çağrılaraq İranın İsveçə etiraz notası ona təqdim olunub.

Trend-in məlumatına görə, İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa idarəsinin direktoru Şəhram Qazizadə ilə görüşdə İsveç səfirinə bu ölkənin bəzi rəsmilərinin ölkə əleyhinə müdaxilə xarakterli açıqlamalarına reaksiya verilib.

Qazizadə İsveç təhsil nazirinin İran əleyhinə əsassız və müdaxilə xarakterli açıqlamalarını tənqid edib və bu açıqlamaların beynəlxalq hüquq və diplomatik normalara zidd olduğunu bildirib.

“İsveç hökumətinin başqa bir ölkənin qanuni qurumlarının funksiyasını suçlamaq və cinayəti tam şəkildə sübut olunan Əhmədrza Cəlalini müdafiə edə bilməz”, - deyə o qeyd edib.

Qeyd edək ki, son günlərdə İsveç Xarici İşlər Nazirliyi ikili vətəndaşı olan Əhmədrza Cəlalinin səhhətinin ağırlaşması səbəbi ilə İran səfirini nazirliyə dəvət edib və hökumətin etirazını bildirib. Əhmədrza Cəlali 8 il öncə İranda casusluq ittihamı ilə həbs olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti