Bakı. Trend:
Türkiyənin Kayseri vilayətində yüksəksürətli dəmir yolu xəttinin tikintisi zamanı uçqun baş verib.
Trend xəbər verir ki, bu barədə IHA agentliyi məlumat yayıb.
Vilayətin valisi Gökmen Çiçek hadisə zamanı yeddi nəfərin iş növbəsində olduğunu bildirib:
"Beş nəfər sərbəst şəkildə dağıntılar altından çıxıb, bir nəfər ölüb, daha bir nəfər isə yaralanıb. Ölənin üzərinə daş düşüb."