...

Qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı keçiriləcək - DİM

Cəmiyyət Materials 10 Mart 2025 11:19 (UTC +04:00)
Qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı keçiriləcək - DİM
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi tərəfindən 16 mart 2025-ci il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

"Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli"- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti