Bakı. Trend:
Türkiyənin “Turkish Cargo” hava yolları şirkətinə məxsus yük təyyarəsi Bişkek aeroportuna qəza enişi etmək məcburiyyətində qalıb.
Trend xəbər verir ki, bu barədə “Qırğızıstan aerportu” ASC-nin mətbuat xidməti məlumat yayıb
“Təyyarə Çinin Şençjen şəhərindən İstanbula uçurdu. Bişkekdə onun yanacaqla doldurulması planlaşdırılırdı. Lakin enişdən qabaq təyyarənin hidravlika sistemi sıradan çıxıb”, -deyə mətbuat xidmətinin nümayəndəsi bildirib.
Qəza enişi zamanı heç kimin xəsarət almadğı bildirilir.