...

Azərbaycana idxal edilən gübrənin qiyməti bahalaşıb

İqtisadiyyat Materials 10 Mart 2025 11:44 (UTC +04:00)
Azərbaycana idxal edilən gübrənin qiyməti bahalaşıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycana 13,02 min ton gübrə idxal edilib.

Trend-in Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda gübrənin idxalına çəkilən xərcin həcmi 5,15 milyon ABŞ dolları təşkil edib.

Gübrə idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 230 ton və ya 1,7% azalıb, dəyər ifadəsi ilə 860 min ABŞ dolları, yaxud da 20% artıb.

Belə ki, ötən ilin ilk ayında Azərbaycana 13,25 min ton miqdarında, 4,3 milyon ABŞ dolları dəyərində gübrə idxal edilib.

Ötən ay idxal edilən gübrənin bir tonu üçün orta qiyməti 395 ABŞ dolları olub ki, bu da, illik müqayisədə 72 ABŞ dolları və ya 22,3% bahadır. 2024-cü ilin müvafiq dövründə bu qiyməti 323 ABŞ dolları idi.

Qeyd edək ki, ötən il ərzində Azərbaycana idxal olunan gübrənin miqdarı 162,4 min ton, dəyəri isə 72,5 milyon ABŞ dolları olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti