Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə 69 899 min ədəd həcmdə 3 milyard manat məbləğində emal olunmuş ödəniş əməliyyatları aparılıb.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ilin yanvar ayı ilə müqayisədə həcm ifadəsində 27 376 min ədəd və ya 64,4%, məbləğ baxımından isə 1 milyard manat və ya 51% çoxdur.
Həmçinin 2025-ci ilin yanvar ayında Azərbaycanda Banklararası Kart Mərkəzi vasitəsilə 28,6 min ədəd həcmdə 7 milyon ABŞ dolları məbləğində emal olunmuş ödəniş əməliyyatları aparılıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 9 min ədəd və ya 45,9%, məbləğ baxımından isə 2,3 milyon ABŞ dolları və ya 48,9% çoxdur.
Eyni zamanda cari ilin yanvar ayında ölkədə Banklararası Kart Mərkəzi vasitəsilə 16,5 min ədəd həcmdə 2 milyon avro məbləğində emal olunmuş ödəniş əməliyyatları həyata keçirilib. Bu göstərici həcm baxımından illik müqayisədə 4 min ədəd və ya 32%, məbləğ ifadəsində isə illik müqayisədə 0,5 milyon avro və ya 33,3% çoxdur.