Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycandan 35 min ton metanol (metil spirti) ixrac edilib.
Trend-in Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda metanol ixracından əldə olunan gəlirin həcmi 11,1 milyon ABŞ dolları olub.
Metanol ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 4,2 min ton və ya 10,8% azalıb, dəyər ifadəsi ilə 3,8 milyon ABŞ dolları, yaxud da 52,4% çoxalıb.
Belə ki, 2024-cü ilin yanvarında Azərbaycandan 39,2 min ton miqdarında, 7,3 milyon ABŞ dolları dəyərində metanol ixrac olunub.
Ötən ay ixrac edilən metanolun bir tonu üçün qiymət 318,2 ABŞ dolları olub ki, bu da, illik müqayisədə 131,9 ABŞ dolları və ya 70,8% bahadır. Ötən ilin ilk ayında bu qiymət 186,3 ABŞ dolları idi.
Qeyd edək ki, hesabat dövründə ixrac edilən metanol ümumi ixracın 0,40%-ni, qeyri-neft sektoru üzrə ixracın 3,29%-ni təşkil edib.
Xatırladaq ki, ötən il ərzində Azərbaycandan 474,1 min ton miqdarında, 104,4 milyon ABŞ dolları dəyərində metanol ixrac edilib.