Bakı. Trend:
Ötən il Azərbaycanda Ani Ödəniş Sistemi (AÖS) ilə icra edilən əməliyyatların sayı 801 min ədəd, həcmi isə 1,373 milyard manat olub.
Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, AÖS ilə əməliyyatların sayı 213,4 və ya 36,3%, əməliyyatların həcmi isə 273 milyon manat, yaxud da 30,2% artıb.
Belə ki, 2023-cü il ərzində AÖS vasitəsilə həyata keçirilən əməliyyatların sayı 587,6 min ədəd, həcmi isə 1,1 milyard manat olub.
“2024-2026-cı illər üzrə maliyyə sektorunun inkişaf strategiyası”nda AÖS-ün Milli Ödəniş Sistemindəki payının artırılması və geniş tətbiqinin təşviqi əsas prioritetlərdən biri kimi müəyyən edilib.
Qeyd edək ki, ötən il Azərbaycanda Milli ödəniş sisteminin əsas komponentləri olan Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZIPS), Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) və Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə həyata keçirilən ödənişlərin həcmi 760,2 milyard manat, ödənişlərin sayı isə 168,6 milyon ədəd olub.