Bakı. Trend:
Prezident ilham Əliyev Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzalayıb.
Trend xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycan vətəndaşları sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına biləcək.